1978-ci il fevral ayının 20-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraclı kəndində müəllim ailəsində anadan olmuşam. 1984-cü ildə Saraclı kənd orta məktəbinə daxil olaraq 1995-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişəm.
1995-ci ildə də Bakıya gələrək Universitetlərə Qəbul İmtahanlarına qatılaraq Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakultəsinin, Hesablama Texnikası və Avtomatik Sistemlərin Proqram Təminatı ixtisasına daxil olmuşam. 1999-cu ildə bu Akademiyanın Bakalavr pilləsini yüksək göstəricilərlə bitirmişəm və həmin ildə də iş həyatına atılmışam.
1999 -ci ildən “Global Communication Solutions” Şirkətinə dəvət alaraq bu şirkətdə Kompüter Proqramçısı vəzifəsində çalışmaya başlamışam.
2001-ci ildən isə “Macrosoft” Proqramlaşdırma şirkətini quraraq Azərbaycanda ilk proqramlaşdırma şirkətlərindən birinə rəhbərlik etməyə başlamışam.
2005-ci ilin əvvələrində isə “Macrosoft” şirkətinin də qurucusu  olduğu “BM Group” şirkətinə rəhbərlik etmişəm və bir neçə aydan sonra bu şirkətdəki hissələrimi devr edərək ayrılmışam.
2005-ci ildə “BM Group” şirkətindən ayrılandan sonra bir neçə ölkədən Azərbaycan bazarına Elektronika və Məişət əşyaları idxal edən “NR” şirkətinə rəhbərlik etməyə başlamışam. “NR” şirkətinə rəhbərlik edə-edə 2007-ci ildən İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə xidmət göstərən “Sürət Texnologiya” şirkətini quraraq İKT sahəsində layihələr hazırlamağa və xidmətlər göstərməyə başlamışam.
2010-cu ildən tərkibinə iki şirkət “”Sürət Texnologiya” və “PoverSoft” şirkətləri daxil olan “İntegration” Proqramlaşdırma Mərkəzini qurmuşam və hal hazırda bu Mərkəzə rəhbərlik edirəm.