İnformasiya texnologiyalarının hazirki inkişaf səviyyəsi, iri şirkətlər və bir sıra dövlət qurumlarında elekrton sənəd döbrüyyəsi sisteminin avtomatlaşdırılmasını stimullaşdırmışdır. Belə ki, müəssisəyə kənardan daxil olan sorğu və ya sənədlərə operativ reaksiya vermək bir ehtiyaca çevrilib. Müəssisə daxilində sənədlərin hərəkətinə nəzarətin olması və onun avtomatlaşdırılması eyni zamanda o sənədlərdən asılı olan iş prosesinin də sürətlənməsinə və ümumilikdə müəssisənin rentabelliyinin artmasına gətirib çıxarır.
 

Elektron Sənəd Dövrüyyəsi dövlət müəssisələrinin, o cümlədən nazirliklərin, komitələrin, idarələrin və holdinqlərin sənəd dövriyyəsini, dövrün tələbinə uyğun formada tam avtomatlaşdıracaq bir proqram moduludur. bu sistemlə müəssisədaxili yazışmaları, daxil olan müraciətləri, çıxan sənəd və sorğuları, onların icra mexanizminə, struktur bölmələrarası icra ardıcıllığına, icra müddətinə və nəticə etibarı ilə struktur bölmələrin bütün işinə nəzarəti təmin edə bilirsiz. Sistem kargüzarlıq sahəsində sizə optimal funksionallıq, dəqiqlik, operativlik qazandıracaq bir proqram təminatıdır. Sistem tam tətbiq edildikdə qurumların böyuk ölcüdə, həm iqtisadi baxımdan sənədləşmələrə sərf olunan maddi vəsaitə qənaət olunmasını, həm də icra mexanizminin operativ fəaliyyətini təmin edir.

Sənəd dövriyyəsi çox mərhələli bir prosesdir. Dövriyyənin düzgün təşkili üçün aşağıdakı mərhələlər əhatə olunur:

• Sənədin sistemə daxil olduğu ilkin mərhələ,
• Sənədin təhlili,
• İcra mexanizminin müəyyən edilməsi,
• Sənədin icrası,
• Sənədin arxivləşdirilməsi