www.e-tedris.az

Bu layihə online tədris və online özünü yoxlama (test) sistemindən ibarətdir. Sistem tək imtahan deyil, tam şəkildə bir ONLİNE KURS kimi fəaliyyət göstərir və davamlı yenilənəcəkdir. Bu sistem həm interaktiv, həmdə multimedia ilə geniş əhatə olunmuş şəkildə nəzərdə tutulmuşdur. Burada mövzuların konspektləri, animasiyalar, simulyasiyalar, videolar, təqdimatlar, ölçmə - dəyərləndirmə modulları nəzərdə tutulmuşdur. Burada hər bir istifadəçi üçün şəxsi kabinet yaradılır, sınaq imtahan on-line rejimində verilir, günün istənilən vaxtı internetə çıxış olan istənilən yerdən sınaq imtahan sisteminə qoşulmaq imkanı, verilən sınaq imtahanın nəticələrinin test sualları üzrə təhlil olunmuş dolğun məlumatının əldə olunması, istifadəçilərin imtahanlara psixoloji hazırlanması kimi finksiyalar hazırlanmışdır.