"INTEGRATION"
Proqramlaşdırma Mərkəzinin hazırladığı layihələr
|
|
|
|
ONLİNE KURS
SİSTEMİ |
|
Bu layihə online tədris və online özünü
yoxlama (test) sistemindən ibarətdir. Sistem tək imtahan deyil, tam
şəkildə bir ONLİNE KURS kimi fəaliyyət göstərir və davamlı
yenilənəcəkdir. Bu sistem həm interaktiv, həmdə multimedia ilə geniş
əhatə olunmuş şəkildə nəzərdə tutulmuşdur. Burada mövzuların
konspektləri, animasiyalar, simulyasiyalar, videolar, təqdimatlar,
ölçmə - dəyərləndirmə modulları nəzərdə tutulmuşdur.
|
|
Performans Dəyərləndirmə Sistemi |
|
Performansın qiymətləndirilməsi
şəxslərin, vahidlərin ya da şirkətlərin performanslarının bəzi
standartlara görə ya da “eyni mövqedə işləyənlərin performansları”
bazasında “qiymətləndirilməsini” özündə birləşdirən bir prosesdir.
Daha çox rəhbərlərin əsəs rol aldığı və “Performansın İdarəedilməsi”
adı ilə də bilinən proses performansın inkişafı, təlim
ehtiyaclarının təyini, karyeranın inkişafı və motivasiya
sistemlərinin həyata keçirilməsi cəhətdən olduqca mühim bir məlumat
toplama sistemidir.
Performans qiymətləndirmədə ən son və ən populyar yanaşmalardan biri
çox qaynaqlı performans qiymətləndirmə sistemidir. Şirkətlərdə bir
çox işçinin birlikdə işləməyə başlaması və onlarla əlaqəli fərqli
perespektivlərdən daha əhatəli və doğru məlumat alma ehtiyacının
yaranması 360 Dərəcə Performans Qiymətləndirmə sistemini ortaya
çıxarmışdır. |
|
Elektron Sənəd Dövrüyyəsi |
|
İnformasiya
texnologiyalarının hazirki inkişaf səviyyəsi, iri
şirkətlər və bir sıra dövlət qurumlarında elekrton
sənəd döbrüyyəsi sisteminin avtomatlaşdırılmasını
stimullaşdırmışdır. Belə ki, müəssisəyə kənardan
daxil olan sorğu və ya sənədlərə operativ reaksiya
vermək bir ehtiyaca çevrilib. Müəssisə daxilində
sənədlərin hərəkətinə nəzarətin olması və onun
avtomatlaşdırılması eyni zamanda o sənədlərdən asılı
olan iş prosesinin də sürətlənməsinə və ümumilikdə
müəssisənin rentabelliyinin artmasına gətirib
çıxarır.
|
|
Kadrların İdarə Olunması - HR |
|
Program təminatı müəssisə və
təşkilatlarda kadr üzrə məlumatların aparılmasının
avtomatlaşdırılmasi, məhz kadr üzrə sənədləşmənin aparılması,
müəssisənin idarəetmə strukturu, ştat cədvəli, əməkdaşlarin şəxsi
kartları kartotekası, ezamiyyət kartları, iş vaxtının uçotu tabeli
maaş hesablama, maaş artırılma və azalması, tibbi sığorta
məlumatları, standart hesabat formalarının hazırlanması, məlumat
kitabçası üçün a nəzərdə tutulan bir sistemdir.
|
|
SSM - Small Stock Manager
|
|
SSMM
- Small Stock Manager vahid mərkəzdən çox böyük olmayan və satışı
ədədlə həyata keçirən mağazaların idarə edilməsini həyata keçirmək
üçün hazırlanmış proqram təminatıdır. SSM proqram təminatı həm
kompüter, həm planşet, həmdə mobil telefonlarda istifadə etmək üçün
çox sadə, interaktiv və responsiv olaraq mobil texnologiyalardan da
istifadə etməklə hazırlanmışdır. |
|
Integration - Korporativ Intranet Portal |
|
İntranet Portal - müəssisə daxilində
olan tapşırıqların, layihələrin, sənədlərin informasiyaların
effektiv və sürətli idarə olunması üçün hazırlanmış bir sistemdir. |
|
Mərkəzləşdirilmiş
Xəbər Portalı |
|
Mərkəzləşdirilmiş xəbər portalı internet üzərindən xəbər
saytlarından xəbərlərin bir pəncərədən axtarılmasını,
təsnifatlanmasını, oxunmasını, nəticələrlə əlaqədar təşkilata
məlumat verilməsini, analiz edilməsini və arxivlənməsini təmin etmək
üçün tərtib edilmişdir. |
|