İdarəçinin vəzifələri nədən ibarət olmalıdır?

1. İdarəçi başqaları ilə işləyə bilən və onların vasitəsi ilə məqsədinə çatmağa çalışan adam olmalıdır:
Buradakı "digər insanlar və ya başqaları" nəzarətçiləri deyil, digər və eyni səviyyəli idarəçiləri əhatə edir. Əslində idarəçi, bütünlüklə, təşkilatın və ya başqalarının məqsədlərinin reallaşdırmasında özünə köməyi toxunan müxtəlif səviyyəli personalla işləməyi bacarmalıdır. Bundan başqa, idarəçilər vəzifələrini yerinə yetirə bilməsi üçün ehtiyac duyduqları doğru məlumatları təmin etmək üçün təşkilat daxilində birlikdə və qarşılıqlı olaraq işləməyi bacarmalı, və ya ən azından bu cür işləməyə çalışmalıdırlar. Bununla yanaşı, idarəçilərin bir də təşkilatın uzun müddətli planlarının hazırlaması kimi vəzifələri də vardır ki, bunu da onlar bir yerdə də edə bilərlər.

2. İdarəçi rəqabət apara bilmək üçün məqsədlərini aydınlaşdırmalıdır:
Hər bir idarəçi zaman-zaman əldə etdiyi vaxt və rəqabət apara bilmək üçün müxtəlif təşkilati məqsədlər, problemlər və ehtiyaclarla qarşılaşır. Qaynaqların məhdud olduğu belə vəziyyətlərdə, hər bir idarəçi müxtəlif məqsəd və ehtiyaclar arasında bir tarazlıq qurmaq məcburiyyətindədir. Əksər idarəçilər edəcəyi işləri prioritet sırasına görə düzməklə məqsədlər arasında təsirli bir tarazlıq və uyğunlaşma təmin etməyə çalışırlar.
İdarəçi, eyni zamanda, müəyyən bir vəzifəni kimin daha yaxşı edəcəyinə qərar verməlidir. Hər vəzifənin onu ən çox etmək istəyən adama verilməsi ideal olmaqla yanaşı, təşkilatın məhdud olan qaynaqları da çox vaxt buna imkan verirlər.

3. İdarəçi hər şeydən əvvəl məsuliyyət daşıyan şəxs olmalıdır:
İdarəçi müəyyən qədər bəzi vəzifələrdən və həmin vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsindən cavabdeh olan adamdır. İdarəçinin çox vaxt nail olduğu vəzifələri arzu olunan şəkildə yerinə yetirməsi, onları hansı səviyyədə tənzimləmələr etdiyi əsasa görə qiymətləndirilir. Müvəffəqiyyət, ya da uğursuzluqlar idarəçinin həm müvəffəqiyyətini, həm də müvəffəqiyyətsizliklərini meydana gətirirlər.

4. Idarəçi- daim düşünən bir mütəfəkkirdir
Hər idarəçi analitik bir mütəfəkkir olmaq məcburiyyətindədir. Bununla rəhbərliyin müəyyən və konkret bir problemi üzərində kifayət qədər mühakimə edə bilməsi və nəticədə, söz mövzusu olan problemin mümkün və etibar olunacaq şəkildə həllinə nail olmağı bacarmalıdır. Lakin bundan da əhəmiyyətlisi idarəçinin düşünəni bir mütəfəkkir olması, yəni bütün təşkilati vəzifə və öhdəliklər haqqında mücərrəd olaraq düşünə bilən adam olmalıdır. İdarəçi üçün bu vəzifə sanıldığı qədər sadə bir hadisə deyil. Əksinə, idarəetmə vəzifəsi təşkilatın hamısı üçün təyin olunan məqsədlərin reallaşdırılmasını, idarəçinin özünə aid məqsədləri də bacarmasını ehtiva edir.

5. İdarəçi eyni zamanda bir siyasətçidir:
İdarəçinin bir siyasətçi olduğunu söyləmək, şübhəsiz ki, onun siyasi bir kariyera əldə etmək üçün fəaliyyətdə olduğu mənasını vermir. Belə bir ifadə vardır ki, yalnız təşkilatı məqsədləri inkişaf etdirmək üçün idarəçinin lazım olan yerdə və vaxtda professional bir siyasətçi kimi razısalma və uzlaşdırma bacarığından istifadə etməlidir.
Təsirli bir idarəçi təşkilatın digər idarəçiləriylə qarşılıqlı öhdəliklərini inkişaf etdirib ittifaqlar və koalisiyalar qurmaq, ya da mövcud olanlara qoşulmaqla bir sıra siyasi fəaliyyətlər həyata keçirə bilərlər. İdarəçilər bu yolda inkişaf etdirdikləri əlaqələrini davam etdirmək surətiylə təşkilata bağlı həyati təkliflər, qərarlar və ya fəaliyyətlərdə başqalarının dəstəyini qazanmaq üçün çalışarlar.

6. İdarəçi bir diplomatdır:
Hər idarəçi təşkilata bağlı yığıncaqlarda öz fəaliyyətinin həm də təmsilçisidir. Müştərilər, satıcılar, hökumət nümayəndələri və təşkilatın digər personalı ilə maraqlanar , işləri icra edərkən idarəçi bütün təşkilatın nümayəndəsi olaraq hərəkət etməlidir. İdarəçi olduqca vacib qərarlar qəbul edir. Bütün zamanlarda düzgün və nöqsansız şəkildə işləyən bir təşkilat çox çətinliklə göstərilə bilər. Təşkilati fəaliyyət əsnasında sərhədsiz deyiləcək qədər çox sayda və tipdə problemlə qarşılaşa bilər. Maliyyə çətinlikləri, işçilərlə olan problemlər, təşkilat siyasətiylə əlaqədar görüş və düşüncələrdəki fərqliliklər haqqında göstərilən problemlərdən bir neçəsidir. İdarəçilər, bəzi adamlara xoşagəlməz görünsə də, çətin problemlərə həll etmələri və qəbul etdikləri qərarları ilə gözlənilən fərdlər olaraq qarşımıza çıxırlar.