Lider idarəçilər
aşağıdakı xüsusiyyətlərə sahib olmalıdır:
1) Vizion sahibi olmaq
Bir liderin ən əhəmiyyətli xüsusiyyəti vizion sahibi
olmasıdır. Bu xüsusiyyət onu digər insanlardan
fərqli edər. Lider gələcəyi görər, gələcəkdə ola
biləcək mənfiliklərə və ya imkanlara qarşı
strategiya inkişaf etdirər. Bununla da
kifayətlənməyib, planlarını həyata keçirər və
müvəffəqiyyətli olar.
2) Çox işləmək
Gerçək bir liderin tənbəl olma ehtimalı düşünülə
bilməz. Zəka bir liderdeki ən əhəmiyyətli
xüsusiyyətlərdən biridir. Ancaq təkbaşına bu kifayət
etməz. Liderin bu zəkanı istifadə etməsi lazımdır.
Bunun üçün də çalışqanlıq bir liderin ən əsas
xüsusiyyətlərindəndir.
3) Ağıllı işçilərlə çalışmaq
Lider idarəçi komanda işinə inanar. Ətrafındakı
partnyorlarını buna görə təyin edər. Əslində meydana
gətirdiyi komanda onun rəhbərlik bacarığını də
ortaya qoyar. Çünki lider eyni zamanda
istiqamətləndirən və kütlələri arxasınca aparmağı
bacaran adamdır.
4) İşçilərə hissə vermək
Dünyada dəyişməyən ən fundamental lider, rəhbərlik
qaydası, şübhəsiz, yanınızda işlətdiyiniz kəslərə
işlərini öz işləri kimi mənimsətməkdir. Bunu iki
yolla edərsiniz. İlk üsul işçilərə həqiqi mənada
şirkətdən hissə verməkdir. Beləcə sizinlə çalışan,
həqiqətən qabiliyyətli və ağıllı işçiləriniz başqa
bir firmaya keçməyi düşünməz və şirkətinizin gəlir
nisbəti daha çox artar. Ağıllı və qabiliyyətli bir
işçi itirməyi heç bir ağıllı idarəçi istəməz.
5) İşçilərə dəyər vermək
Yuxarıda bəhs etdiyimiz ikinci dəyişməyən lider,
rəhbərlik qaydası, şübhəsiz ki, yanınızda
işlətdiyiniz, həqiqətən qabiliyyətli insanları
itirməməkdir. Hər işçi dəyişimi əslində şirkəti
ciddi zərərə uğradır. Hər yeni gələn işçi
orientasiya və təlim müddətində firmanın zaman və
pul itirməsinə səbəb olur.
6) Bazarın inkişafını təqib etmək
Lider hər zaman özünü inkişaf etdirməyi, səhvlərini
görüb tədbirlər almağı bacara bilməlidir. Hansı
sektorda və ya hansı nöqtədə olursa olsun, bu
mövzuda bazar inkişafını təqib etməyən şirkət və ya
idarəçilər yox olmağa məhkumdurlar.
7) Bazarın inkişafını təqib etməklə qalmayıb, bazarı
şəkilləndirmək
Lider şirkət və ya lider idarəçilərin dəyişməyən ən
fundamental qaydası ,şübhəsiz ki, qayda qoya
bilmələridir. Lider qayda qoyar, ətrafı tətbiq edər.
Çünki lider şirkət və ya idarəçi bazar və ya
qrupunun tələblərini əvvəlcədən nəzərə alaraq
sistemin və ya bazar inkişafının uygunluğuna görə
qaydaları qoymalı və tətbiq etməlidir.
8) Fokuslanma
Dünyada şirkətlərin müvəffəqiyyət nisbətləri
araşdırıldığında əldə edilən məlumatlar müəyyən bir
mövzuda mütəxəssisləşmiş və özünü inkişaf etdirmiş
firmaların gəlirinin daha da artdığını və risk
nisbətini salaraq bazar dəyərinin yüksəldiyini
göstərir.
9) Təvazökar bir həyat sürmək
Ağıllı bir idarəçi qazandığının dəyərini bilir, buna
görə xərclərini planlayır. Çünki pul qazanmaq zaman
və enerji tələb edir. 'Time is money', yəni zaman
puldur. Bu səbəbdən ağıllı bir şirkət və idarəçi
zaman istifadəsinə diqqət edər, zamanı investisiyaya
çevirmə üsullarını tapar. Bütün bu səyin sonunda
həyatını və xərclərini ona görə planlayar.
10) Hədəfə kilidlənmə
Lider idarəçi hədəf müəyyən edir, bu hədəfə
kilidlənir və nə olursa olsun, ona çatmağı bilir.
Lider hədəf müəyyən etməli və bu hədəfə çatmaq üçün
strategiyalar inkişaf etdirməlidir.
Bill Gates bir lider idarəçi olaraq hədəfinə
fokuslanmağı və bunun nəticəsində də o hədəfi
reallaşdırmağı bacara bilmişdir. Çox kiçik yaşda bir
hədəf təyin etmiş və bu hədəfinə çatmaq üçün nə
lazımdırsa etmişdir. Hədəfə kilidlənməyi bacara
bilmişdir.
11) Adamları tanıma
Liderin ən əhəmiyyətli xüsusiyyəti kütlələri öz
arxasınca apara bilməsidir. Bunu edə bilmək asan bir
üstünlük deyil. Bunu edə bilmək üçün qrupunuzda inam
yaratmalı və idarə edə bilməlisiniz. Bunun üçün nəyi
və kimi idarə etdiyinizini yaxşı bilməlisiniz.
Yuxarıda bir neçə maddəylə yekunlaşdırdığımız
liderlik xüsusiyyətlərini ,əlbəttə ,bu qədərlə
məhdudlaşdıra bilmərik . Bu sahədə ciddi analiz və
işlər davam edir. Ancaq bilinməsi lazım olan ən
təməl həqiqət ,şübhəsiz, bu insanların özlərinə olan
inanclarıdır. Yəni, bir işi bacaracaqlarına əvvəl
özlərini ,sonra da qruplarını inandırmalıdırlar ...