Marketinq planı
yaratmağın faydaları
Marketinq planı yaratmağın faydaları saymaqla
bitməz. İş sahibləri, ümumiyyətlə, öz
uzaqgörənlikləri ilə hərəkət etməyi seçirlər. Lakin
təcrübələr ilə gələn qorxular çox əhəmiyyətli olsa
da, marketinq mövzusundakı hədəflərinizə çatmanız
üçün kifayət etməyə bilər. Marketinq strategiyaları
hədəflərinizi təyin etmənizdə və bu hədəflərə çatmaq
üçün izləməniz lazım olan yolları inkişaf
etdirmənizdə köməkçi olar.
Bazarlamada müvəffəqiyyətli olan şirkətlər hər zaman
marketinq planı ilə çalışan şirkətlərdir. Böyük
şirkətlər yüzlərlə səhifəlik, kiçik şirkətlər 8-10
səhifəlik planlar təşkil edirlər. Şirkətinizin
böyüklüyünə görə marketinq plan tərtib edin.
Marketinq planınızı ən az 3 aydan bir nəzərdən
keçirin. Performansa nəzarət etmək üçün reallaşma
rəqəmləri ilə müqayisə edin.
Marketinq planı ən az bir illik olmalıdır. Kiçik
şirkətlər üçün bu Marketinq haqqında düşünmənin ən
yaxşı yoludur.Daha sonra planınızın bir hissəsində
də ortamüddətli gələcəyin 2-4 il arasının yer
almasını məsləhət görürük. Lakin ağırlıqlı bölümdə
ilk ilə diqqət edilməlidir.
Yalnız bir neçə səhifədən ibarət olsa belə, planı
hazırlamaq üçün özünüzə bir neçə ay vaxt
verməlisiniz. Planı inkişaf etdirmək marketinqin ən
çətin hissəsidir. Planı tətbiq edərkən, nəyi necə
edəcəyinizə qərar vermək marketinqin ən böyük
məsələsidir. Çox marketinq planı ilin ilk günüylə
başlayır.
Planınızı kimlər görməli? - Şirkətdəki bütün
işçilər. Ş irkətlər bir neçə müxtəlif səbəblə
marketinq planlarını çox gizli tuturlar. Ya çox
kiçik olduqları və rəhbərlik bunun ortaya
çıxmasından narahat olduğu üçün, ya da rəqiblər üçün
qiymətli məlumatlarla dolu olduğu üçün.
Bir çox insanın iştirakını təmin etmədən marketinq
planı edə bilməzsiniz. Miqyası nə olursa olsun,
şirkətinizin bütün hissələrindən, işçilərindən fikir
alın. Bu sayədə marketinq planınızın bütün
bucaqlardan ələ alınması təmin ediləcək.
Şirkətinizin kilid kəsləri hədəflərinizə necə
çatacağınıza, nələrin əlçatan olduğuna dair həqiqi
məlumatları təmin edə bilər, potansiallarla əlaqədar
öz fikirlərini paylaşar. Hələ fərqinə varılmamış
marketinq imkanları planınıza başqa bir ölçü
qatacaq.
Marketinq planı ilə İş planı və ya vizion arasındakı
əlaqə nədir? İş planınız işinizin nə haqqında
olduğunu, nə edib-nə etmədiyinizi, son hədəfinizin
nə olduğunu söyləyər. İş planınız xaricində bir şey
etmək istəyirsinizsə, ya fikrinizi , ya da iş
planınızı dəyişdirməniz lazımdır. İş planınız
marketinq planınızı çiçəklənəcəyi mühiti hazırlayar.
İki sənəd ardıcıl olmaq məcburiyyətindədir.
Digər tərəfdən marketinq
planı sizə bir çox təməl fayda verər.
Yığışma nöqtəsi: Marketinq planı komandanızın
arxasında toplanacağı bir vasitədir. Onlara gəminin
kapitanının xəritələrə sahib olduğunu, gəmini necə
idarə edəcəyini bildiyi və çatacaq bir hədəfinin
olduğu etibarını verməlisiniz. Şirkətlər sıxlıqla
marketinq planının işçiləri üzərindəki təsirini
düzgün qiymətləndirmir. Əgər işçilərin şirkətə
bağlılıqlarını təmin etmək istəyirsinizsə, onlarla
hədəflərinizi paylaşmanız çox əhəmiyyətlidir.İşçilər
əksəriyyətən maliyyə proqnozları anlamazlar, amma
yaxşı yazılmış bir marketinq planından həyəcan
duyarlar. Marketinq planınızın xülasə versiyasını
bütün çalışanlarınızla paylaşmanızda fayda vardır.
Bunu əyləncəli bir şəkildə, həyəcan yaradaraq
etməniz, işçilərin mövzuya daxil etməniz onları
motivasiya edəcək.
Müvəffəqiyyət cədvəli: Hamımız bilirik ki, planlar
mükəmməl deyil. 1 il və ya 5 il sonra nələr
olacağını hardan bilə bilərikki? Marketinq planı
hazırlama lazımsız bir səy deyilmi? Onun yerinə
müştəri ziyarəti etmək və ya istehsalı
yaxşılaşdırmaq daha faydalı deyilmi? Dar bir
dünyagörüşüylə bəli. Əgər plan yaratmasanız, qədərə
tərk edilmiş olarsınız və unutmayın ki, ən uğursuz
plan belə heç plan olmamasından yaxşıdır. Gəmi
kapitanı analogiyamıza geri dönəcək olsaq,
hədəflənən limandan 5-10 dərəcə yayınmaq heç hədəf
liman olmamasından daha yaxşıdır. Yelkən açmanın
məqsədi bir yerə çatmaqdır,marketinq planı olmadan
dənizlərdə məqsədsiz olaraq gəzər, bəzən quruya çata
bilərsiniz, amma çox vaxt açıq dənizlərdə başı boş
gəzərsiniz. Xəritəsi olmayan bir kapitanın okean
dibindən başqa bir şey kəşf etdiyi çox nadir olaraq
görülmüşdür.
Əməliyyat təlimatları: Marketinq planınız
şirkətinizin müvəffəqiyyəti üçün addım-addım
rəhbərdir. Həqiqi bir marketinq planı tərtib etmək
üçün şirkətinizi ən təpədən ən alta qədər
qiymətləndirməli və bütün parçaların bir yerdə ən
yaxşı şəkildə işlədiyindən əmin olmalısınız. Gələn
il bu şirkəti harada görmək istəyirsiniz? Özünüzə bu
sualı “ediləcəklər siyahısı” yaratmaq üçün verin. Bu
sizin hədəflərinizi müəyyən etmənizi təmin edəcək.
Düşüncələrin nəzarəti: Maliyyəçilərin rəqəmləri
ağlında tutmasını gözləməzsiniz. Maliyyə hesabatları
bir müəssisənin nömrə hissəsinin həyat damarlarıdır.
Marketinq da bundan fərqi olmamalıdır. Yazılı
marketinq sənədiniz də sizin oyun planınızdır. Əgər
ayrılan və ya yeni gələn insanlar olarsa, əgər
hadisələri, müəyyən şeyləri dəyişdirmək üçün təzyiq
yaratmaq gərəkərsə, yazılı marketinq planındakı
məlumatlar sizə razı qaldığınız şeyləri xatırlatmaq
üçün orada dayanar.
Üst səviyyə düşünmə: Rəqabətli iş həyatının gündəlik
keşməkeşləri içərisində xüsusilə gündəlik
əməliyyatın içində olmayanların marağını böyük
fotoşəkilə yönəltməsi çətindir. Həqiqətən periodik
olaraq işinizi düşünməniz sizə və çalışanlarınıza
istədiklərinizi təmin edirmi, əlavə edəbiləcəyiniz
yeniliklər varmı, məhsullarınızı, satış heyətinizdən
və bazardan gözlədiyiniz hər şeyi əldə edə
bilirsinizmi? Marketinq planınızı yazmanız bu üst
səviyyə düşünmə üçün ən yaxşı zamandır. Marketinq
planı etmək çox dərin düşünmə və konsentrasiya tələb
edən bir işdir. Bəzi şirkətlər özlərini yalnız
şirkətin gələcəyi ilə əlaqədar düşünməyə həsr edib
ən sağlam marketinq planını yazsınlar deyə üst
səviyyə marketinq heyətini gündəlik işdən
uzaqlaşdırırlar.
İdeal olaraq bir neçə illik marketinq planı
yazdıqdan sonra geriyə çəkilib izləmək, ilbəil
şirkətin irəliləməsini müşahidə etməkdir. Bu illər
ərzində iş həyatınızla əlaqədar nələr etdiyinizə
dair obyektiv bir dünyagörüşü təmin edər. Bunun üçün
zaman ayırmaq hər zaman çox asan olmaya bilər, amma
heç olmasa illik Marketinq planı yaratmaq çox
əhəmiyyətlidir.Marketinq planının faydalarını
gördükdən sonra indidə 5 addımda necə Marketinq
Planı yarada bilərsiniz?
5 ADDIMDA Marketinq Planı
1. Bir marketinq anlayışı olan USP (Unique Selling
Proposition) yəni "Xüsusi Satış Planı" nızı müəyyən
edir. Sizi sektorunuzdakı digər firmalardan
fərqləndirən xüsusiyyətiniz üzərinə bir marketinq
planı inkişaf etdirməlisiniz. Əvvəlcə USP'lərinizi
yaradın, daha sonra bunu Marketinq 4 P'sinin (Price,
Product, Promotion, Place) hər biri ilə şərik
USP'nizi bunun üzərinə inşa edin.
2. Hədəf kütlənizi seçin: Marketinq strategiyanızda
olan məlumatlar etmiş olduğunuz bazar araşdırması
ilə bağlı olmalıdır. Hədəf kütlənizi açıq və dəqiq
bir şəkildə təyin etməlisiniz və bu kütlənin
nələrdən xoşlandığını, nələrə ehtiyacı olduğunu və
nələr gözlədiyini bilməlisiniz. Bu şəkildə
auditoriya üçün marketinq strategiyaları daha doğru
və uyğun olacaq.
3. Məhsul ya da xidmətinizin faydalarını yazın.
4. Məhsulunuzun ya da xidmətinizin yerləşdirməsini
edin. Bir çox ağıllı investor məhsullarını və ya
xidmətlərini müştərilərinin zehinində necə
yerləşdirəcəkləri haqqında çox zaman xərcləyər.
Bunun üçün çox üsul vardır ki, müvəffəqiyyət doğru
olanı seçə bilməklə gəlir. Məsələn, bir proqram
satırsınız, tətbiqinizi;
• Ən ucuz
• Ən çox xüsusiyyəti olan
• İstifadəsi ən asan
• Ən etibarlı kimi xüsusiyyətləri ilə yerləşdirə
bilərsiniz.
Məhsulu ya da xidmətinizi doğru yerləşdirib hədəf
kütlənizi köçürə bilsəniz güclü bir marka şəxsiyyəti
yarada bilərsiniz.
5. Marketinq üsullarınıza qərar verin. İlk dörd
maddəni tamamladıqdan sonra bunları hansı kanallarla
istifadəçi ilə görüşdürəcəyinizi seçməlisiniz.
Məsələn; reklam vermək, internetdən marketinq etmək,
birbaşa marketinq etmək, və s.
Yaxşı hazırlanmış bir marketinq planı və doğru
tətbiq sizi hədəflərinizə çatdıracaq.