Performsın qiymətləndirilməsi isə şəxslərin, vahidlərin ya da şirkətlərin performanslarının bəzi standartlara görə ya da “eyni mövqedə işləyənlərin performansları” bazasında “qiymətləndirilməsini” özündə birləşdirən bir prosesdir. Daha çox rəhbərlərin əsəs rol aldığı və “Performansın İdarəedilməsi” adı ilə də bilinən proses performansın inkişafı, təlim ehtiyaclarının təyini, karyeranın inkişafı və motivasiya sistemlərinin həyata keçirilməsi cəhətdən olduqca mühim bir məlumat toplama sistemidir.

Performans qiymətləndirmədə ən son və ən populyar yanaşmalardan biri çox qaynaqlı performans qiymətləndirmə sistemidir. Şirkətlərdə bir çox işçinin birlikdə işləməyə başlaması və onlarla əlaqəli fərqli perespektivlərdən daha əhatəli və doğru məlumat alma ehtiyacının yaranması 360 Dərəcə Performans Qiymətləndirmə sistemini ortaya çıxarmışdır.

Performansın qiymətləndirilməsi sisteminin məqsədi bunlardır:

  • Əməkdaşlar və onların mövcud durumu haqqında etibarlı məlumatların əldə olunması, vəziyyətin yaxşılaşdırılması üşün fikirlər əldə etmək və fürsətlər qazanmaq.
  • Əməkdaşların iş motivasiyasının və faydalığının artırılması.
  • Şirkətdəki bir çox mövzulardakı qeyri-müəyyənliyin aradan qaldırılması və narahatçılıqların azaldılması.
  • Əməkdaşların performansın inkişafı və yaxşılaşdırılması.
  • Ödəmə və mükafat standartları təyin edərək nailiyyətin ölçülməsinin təşkili.
  • Zəif performansların aşkar edilməsi, bunun səbəbləri və həlli yollarının tapılması və qeyri-kafi əməkdaşların vəziyyətinin yenidən nəzərdən keçirilməsi.
  • Əməkdaşların işlərinə fokuslanmasının təmin edilməsi.
  • Təlim ehtiyaclarının müəyyənləşdirilməsi, bunların hansı yollarla aradan qaldırılacağının düşünülməsi.
  • İdarəetmə bacarıqlarının inkişaf etdirilməsi.
  • Komanda effektivliyinin artırılması üçün əməkdaşlar arasındakı münasibətlərin inkişaf etdirilməsi.
  • Əməkdaşların maraqlı olduqları sosial fəaliyyətlərin müəyyən edilməsi, şirkətin hədəfləri ilə əməkdaşların maraqları arasında ahəngin formalaşdırılması.

Əldə edilən nəticələr isə kadr planlama, əmək haqqının formalaşdırılması, rotasiya, karyera planlama, təlim ehtiyaclarının müəyyən edilməsi, müqavilənin uzadılması və işdən çıxarılma kimi müxtəlif sahələrdə istifadə edilməkdədir.
İKT-nin bu qədər inkişaf etdiyi biz zamanda təəssüf ki, bu sistemin istifadəsi bir çox şirkətlərdə kağız nüsxələrdə həyata keçirilməkdədir. Təbii ki bu da nəticələrin gizliliyinə olan inamı azaltmaqdadır. Sistemin elektron formasının xarici resurslardan təmin edilməsi isə maliyyəti artırdığı üçün kütləviliyin azalmasına gətirib çıxarır. 
İstifadəsinin internet üzərindən olması, işçi sayından asılı olmayaraq istənilən qədər əməkdaş tərəfindən rahatlıqla giriş imkanının verilməsi, istənilən qədər filial və şöbənın mövcudluğu, hər şirkətə xas vəzifə adlarının əlavə oluna bilməsi bu layihənin üstünlüklərindəndir.

Namizədlər həm özlərini, həm digər əməkdaşları, həm də şirkəti 8 başlıqda verilən suallara əsasında qiymətləndirmə imkanına sahib olacaqlar. Daha öncədən şirkət tərəfindən təyin olunan məsul şəxs və layihənin təyin edilən əməkdaşı tərəfindən sistemə əməkdaşların adı, familyası, ata adı və qiymətləndirəcəyi şəxs və ya şəxslərin adları daxil ediləcək. Bu yerləşdirməyə əsasən hər bir əməkdaş öz rəhbərlərini, eyni səviyyədəki digər işçiləri və ya ona tabe olan işçiləri qiymətləndirəcək və onlar tərəfindən qiymətləndiriləcəklər.

Nəticədə hər bir əməkdaş 8 müxtəlif başlıq üzrə özünə verdiyi qiymətləri və digərləri tərəfindən aldığı qiymətləri, şirkətdəki ortalamasını və əksik tərəflərini , şirkət rəhbərliyi isə həm şirkətin, həm də bütün əməkdaşların müvcud vəziyyətini, şöbə və ya filialdakı real vəziyyətlə tanış ola biləcək. Əməkdaşların qiymətləndirmə nəticələrinin gizliliyinə xüsusi diqqət verilir və heç bir halda bu məlumatlar başqa bir tərəfə verilmir. Nəticələr haqqında müxtəlif hesabatların əldə olunması üçün şirkətlərə əlavə səlahiyyətlər verilməsi nəzərdə tutulub.