Idarəçilərə ilk
gün təlimatları
Tutalım ki, bir idarəçi mövqeyinə təyin edildiniz, ya da yeni bir
işə idarəçi olaraq keçirsiniz. Bu vəziyyətdə ilk gününüz çox
əhəmiyyətlidir.
İdarəçi kimi görünmək
Bəziləri idarəçiliyi çox ciddi qəbul edib ilk gündən çox ciddi bir
rəftar və sərtlik ortaya qoyurlar. "Necə başlasan elə gedər" məntiqi
ilə bir az da adamın özünü zəmanətə almaq məqsədi ilə etdiyi mənasız
bir hərəkətdir. Halbuki sizin idarəçi olaraq məqbul bir səviyyədə
nüfuzunuzu göstərməniz kifayətdir. Bunun üçün asıb-kəsməyə,
sağa-sola əmrlər verməyə ehtiyac yoxdur.
İdarəçi kimi görünmənin ən əhəmiyyətli ünsürlərindən biri
geyiminizdir. Geyiminiz işlədiyiniz yerin geyim qaydalarına, şirkət
mədəniyyətinə, sahəsinə görə fərqlilik göstərə bilər. Siz hər
vəziyyətdə uyğun paltarları seçməli, qəşəng, təmiz və nizamlı
olmalısınız. Burda da ümumi qayda daha yaxşı, təmiz və düzgün
geyiminizdir. Şirkətin geyim qaydalarını iş görüşündə soruşa, ətrafı
incəliyə bilərsiniz.
İş yerində ilk gün sevgilinizlə ilk görüşünüzə bənzəyir. Hər
zamankından daha çox diqqətli bir geyimdən danışıram. Bir neçə gün
içində şirkət mədəniyyətinə uyğun və sizə yaraşanı geyinməyə
başlayarsınız.
İdarəçi kimi fikirləşmək
İşiniz, bir idarəçi olaraq işlədiyiniz qrupun sizin olmadığınız
vaxtdan daha məhsuldar halda işlərini təmin etməkdir. Buna görə ilk
gün etibarı ilə bir idarəçi olaraq etməniz lazım olanlar və
prioritetləriniz üzərində işə başlamalısınız.
Unutmayın!!!
* Siz bir lidersiniz!
* Işçilərin inkişafından və təhsilindən məsulsunuz!
* Işçilərin bir qrup olmasından məsulsunuz!
İdarəçi kimi davranmaq
Işçilərini tanımalı onların da sizi tanımalarını təmin etməlisiniz.
İlk gün qısa bir tanış olma iclasında bunları etməlisiniz.
İlk gündən iş mühitinin necə olacağını onlara deməlisiniz. Etik və
əxlaqi baxımdan hər kəsin məsuliyyətini biləcəyi bir mühitin lazımlı
olduğunu deməlisiniz.
İşinizin ən əhəmiyyətli hissələrindən biri işçiləri motivasiya
etməkdir. Buna görə ilk gününüzü onlara ümumiyyətlə müsbət bir
yanaşmanız olacağını, ancaq məcbur qaldığınızda mənfi olduğunuzu
deməlisiniz.
İdarəçi kimi işləmək
İdarəçilərin heç bir şey etməyəcəyi, sadəcə idarə edəcəksiniz
istiqamətində səhv bir anlayış vardır.
Əksinə işləri başqalarına etdirmək də bir işdir. Əgər siz işinizdə
həqiqətən çox yaxşısınızsa, bu zaman mütləq və mütləq
çalışanlarınıza kömək edəcək və dəstək verəcəksiniz. Lakin bir
idarəçi olaraq işçilərinizə hər mövzuda komək edəcəyinizi və dəstək
verəcəyinizi deyərkən onların işini onların yerinə etməyəcəyinizi
deməməlisiniz.
Ümid edirəm ki, bu dediklərimi nəzərə alacaqsınız. Uğurlar!! |